Türkiyə və Suriya ərazisində növbəti atışma baş verdi
06 Oktyabr 2012 Şənbə 01:19
Türkiyə Silahlı Qüvvələri Suriya ərazisinə cavab atəşi açdı
Suriyadan atılan mərminin Türkiyənin Hatay vilayətində partlamasından sonra Türkiyə ordusu Suriya ərazisinə cavab atəşi açıb. ANS PRESS-in BBC-yə istinadən verdiyi məlumata görə, minaatan mərmisi Suriya ilə sərhədindəki fermanın yağınlığında parlayıb. Tələfat və xəsarət alanlar barədə məlumat yoxdur.
Bu, son günlərdə Türkiyə-Suriya sərhədində sayca ikinci silahlı insidentdir. Çərşənbə günü Suriya ərazisindən atılan mərmilər Türkiyənin Akçakale şəhərinə düşmüşdü. Hadisə nəticəsində 5 nəfər ölmüş, 11 adam yaralanmışdı. Buna cavab olaraq Türkiyə Silahlı Qüvvələri Suriya ərazisində bir neçə zərbə endirmiş, bəzi hədəfləri məhv etmişdi.
DOSTLARINLA PAYLAŞ: