Türkiyə və Rusiya arasında viza rejimi rəsmən ləğv edildi
27 İyul 2010 Çərşənbə Axşamı 13:05
Türkiyə və Rusiya arasında viza rejimi rəsmən ləğv edildi. İki ölkə arasında mayın 19-da əldə edilən razılaşma qüvvəyə mindi.
Türkiyə ilə Rusiya arasında viza rejimi rəsmən aradan qaldırıldı. Türkiyənin “Milliyyət” qəzeti yazır ki, 12 may 2010-cu ildə Ankarada imzalanan “Türkiyə Cümhuriyyəti hökuməti ilə Rusiya Federasiyası hökuməti arasında hər iki ölkə vətəndaşlarının qarşılıqlı səyahətlərinə dair anlaşma” adlı sənəd bu ölkənin Nazirlər Şurasının toplantısında təsdiq edilib.

Nazirlər Şurasının qərarı rəsmi qəzetlərdə dərc edilib və bəlli olub ki, hər iki ölkə vətəndaşları digərinin ərazisində 30 gündən artıq olmayaraq qaldıqda vizasız sərhədi keçə bilərlər. Bu hüquqdan altı ay ərzində 3 istifadə etmək olar. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar