Türkiyə və İndoneziyada zəlzələ baş verib
24 Aprel 2010 Şənbə 15:30
Türkiyə və İndoneziyada zəlzələ baş verib. Dağıntı və təlafat barədə məlumat yoxdur.
İndoneziyada güclü zəlzələ baş verib. Ölkənin şərqindəki Ambon adasının şimalında baş verən yeraltı təkanlar 6,1 bal gücündə qeydə alınıb.
Yerli rəsmilər isə zəlzələnin 6,4 bal olduğunu bildiriblər. ABŞ-ın Geoloji Xidmətinin məlumatına görə, zəlzələnin episentri adadan 200 km şimalında, dənizin 53 km dərinliyinə düşüb.
Daha bir zəlzələ isə Türkiyənin Elazığ rayonunda qeydə alınıb. Hadisə Göydərə kəndində səhər saatlarında 4 bal gücündə qeydə alınıb.
Hər iki təbii fəlakət zamanı dağıntı və təlafat barədə heç bir məlumat yoxdur. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: