Türkiyə və ABŞ prezidentləri görüşüb
04 Aprel 2009 Şənbə 10:00
NATO toplantısından əvvəl Abdulla Gül və Barak Obama görüşərək ayaqüstü söhbət ediblər

 

Türkiyə prezidenti Abdulla Gül NATO-ya üzv ölkələrin hökumət və dövlət başçılarının Almaniyanın Baden-baden şəhərində keçirilən görüşündə ABŞ prezidenti Barak Obama ilə görüşüb. Bu barədə CNNTürk məlumat yayıb. Belə ki, NATO toplantısından əvvəl Abdulla Gül və Barak Obama görüşərək ayaqüstü söhbət ediblər. Daha sonra onlara Almaniyanın kansleri Angela Merkel də qoşulub. Qeyd edək ki, bu, A.Güllə ABŞ-ın yeni prezidentinin ilk görüşü olub. Daha sonra isə mətbuata qapalı olan toplantı başladığına görə, görüş uzun sürməyib.

B. Obama aprelin 5-də Türkiyəyə gələcək və ayın 6-da rəsmi görüşlərə başlayacaq. /ANS PRESS/

 

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar