Türkiyə ümidini itirmir
02 Dekabr 2010 Cümə Axşamı 21:35
Abdulla Gül: "Avropa Birliyinə daxil olmaq bizim üçün prioritet olaraq qalır"
Avropa Birliyinə daxil olmaq Türkiyə üçün prioritet olaraq qalır. Bunu Türkiyə prezidenti Adulla Gül “Reuters” agentiyinə verdiyi müsahibəsində bildirib. Onun sözlərinə görə, bu məsələ siyasiləşdirilib və prosesə süni maneələr mane olur.

"Kipr məsələsi buna misal ola bilər. Amma Kipr məsələsi aydındır, bu məsələni bəhanə gətirərək onun axasında bəzi tərəflər gizlənir. Lakin biz Avropa Birliyinə daxil olmaq istiqamətində danışıqlara başlamışıq və bu qətiyyətli şəkildə bunu yekunlaşdırmaq istəyirik”,- deyə Gül əlavə edib. Türkiyə prezidenti Ankaranın MDB ölkələri ilə olan əlaqələrinə də münasibət bildirib. O, Türkiyənin bu ölkələrdə artan rolundan danışıb.

Müsahibə zamanı Abdulla Gül Qırğızıstanla da münasibətlərinə toxunub. Türkiyənin Qırğızıstana sərmayə yatırmaq niyyətində olduğunu deyən prezident yerli hüquq-mühafizə orqanlarında nizam-intizamın təmin olunması üçün öz polislərini oraya göndərməyə hazır olduğunu bildirib: “Bu, əsasən iqtisadi və maliyyə yardımı şəklində olacaq. Həmçinin biz müxtəlif treninq proqramları da həyata keçiririk”.






DOSTLARINLA PAYLAŞ:

oyunlar