Türkiyə torpağında atışmalarda 35 nəfər öldü
15 Mart 2014 Şənbə 10:34
Süleyman Şah Türbəsi ətrafında şiddətli qarşıdurmalar başlayıb.
Süleyman Şah Türbəsi ətrafında şiddətli qarşıdurmalar başlayıb. ANS PRESS-in məlumatına görə, Əl-Qaidə əlaqəli İraq Dəməşq İslam Dövlətinin (İDİD) nəzarətində olan bölgə ərazisindən Türkiyə sərhədinə 35 km. məsafədəki Süleyman Şah Türbəsi ətrafında şiddətli qarşıdurmalar yaşandığı bildirilir.
Kürd qrupları "Əl Ekrad" və "YPG"dən dəstək alan Azad Suriya Ordusunun əks hücum başlatdığı qarşıdurmalarda 35 İDİD döyüşçüsünün öldürüldüyü açıqlanıb.
Suriya sərhədləri içərisində olan və 1921-ci ildə imzalanan Ankara müqaviləsi ilə Türkiyənin torpağı kimi qəbul edilən Süleyman Şah Türbesinin olduğu bölgə Azad Suriya Ordusu tərəfindən nəzarət edilirdi. Türbənin ətrafındakı strateji ərazi və körpü qarşıdurmalardan sonra İDİD-nin nəzarətinə keçib. İraq Dəməşq İslam Dövlətinin bölgədə yoxlama təmin etməsi türbədə və sərhəd xəttində Türk Silahlı Qüvvələrini hərəkətə keçirib. Əsgərə " Türbəyə yaxınlaşana vur" əmri verilərkən, türbəyə yaxın ərazilərdə şiddətli qarşıdurmaların yaşandığı qeyd edilib.
Suriyanın "Anhə" agentliyi kürd şəhəri Kobanenin cənubundakı Şirin qəsəbəsində İDİD-ə qarşı Kürd ordusu YPG, "Əl Ekrad" və Azad Suriya Ordusunun ortaq əməliyyatlar həyata keçirdiyini bildirib. Məlumatlara görə qarşıdurmalar geniş bir ərazidə baş verib. Atışmalarla bağlı "YPG" silahlı qruplaşması tərəfindən şərh verilib:
"Əl Qaidəyə bağlı İraq Dəməşq İslam Dövləti silahlı qrupları Şirin qəsəbəsində olan buğda ambarlarına istiqamətli hücum təşkil edib. Ancaq "Əl Ekrat" cəbhəsi Suriya müxalifətinə bağlı "Liva Ehrar" və "YPG" birlikləri ərazini müdafiə edərək hücumlara cavab verib. Bu bölgədə sıx qarşıdurmalar yaşanıb. Yaşanan qarşıdurmalarda İDİD silahlı qruplarından 35 adam öldürülüb. "Əl Ekrat" cəbhəsi, "YPG" və "Liva Ehrar" birlikləri Kobanenin qapısı sayılan Şirin qəsəbəsini silahlı qruplara qarşı müvəffəqiyyətli bir şəkildə müdafiə edib".
DOSTLARINLA PAYLAŞ: