«Biz artıq neçə ildir ki, terrorçularla mübarizə aparırıq, amma göstərdiyimiz səylərə baxmayaraq biz onlara qalib gələ bilməmişik». Bunu Türkiyənin daxili işlər naziri Bəşir Atalay deyib. O qeyd edib ki, PKK terrorçularla mübarizəni tək dövlət aparmamalı, sadə vətəndaşlar da bu problemin həllində öz dəstəyini verməlidir.
«Biz bu məsələni həll etmək üçün qərarlı, əzmli, səbirli və cəsur addımlar atdıq. Bunu davam etdirəcəyik. İndiki anda çox incə olan bir məsələnin üzərində dayanmışıq. Nazirlik olaraq bu işin həll olunmasına çalışırıq», - deyə o vurğulayıb.
Atalay qeyd edib ki, başlanılan işin hələlik nəticəsi yoxdur. «Vətəndaşlarımızın demokratik haqlarının qorunması ilə bağlı əməliyyata vətəndaş harada yaşadığından asılı olmayaraq normal yanaşmalı, dövləti öz yoldaşı kimi görməlidir. Belə olduqda biz məsələni həll edə bilərik», -deyə o fikrini tamamlayıb. /ANS TV/