Türkiyə telekanalının mühafizəçisi bir nəfəri öldürdü, dördünüyaraladı
24 İyul 2010 Şənbə 04:15
Türkiyənin Antalya bölgəsinin yerli “Akdeniz-TV” telekanalın mühafizə xidmətinin əməkdaşı, xidməti silahdan telekanalın bir işçisini öldürdü, 4 nəfəri yaraladı.
APA-nın iha.com.tr saytına istinadən verdiyi xəbərə görə Fikrət D. adında mühafizə xidmətinin əməkdaşı, telekanalın mühasibi ilə mübahisə edərkən xidməti silahdan onu qətlə yetirib. Sonra atəş səslərinə gələn telekanalın dörd işçisinə atəş acıb.
Fikrət D . hadisə yerində polis əməkdaşı tərəfindən həbs edilib. APA
DOSTLARINLA PAYLAŞ: