Türkiye Suriyaya herbi müdaxilede yer almamalıdır
02 Sentyabr 2013 Bazar Ertəsi 11:35
Türkiye Suriyaya herbi müdaxilede yer almamalıdır. Bunu jurnalistlere Bakıda olan Türkiyenin sabiq xarici işler naziri Hikmet Çətin deyib.
Türkiyə Suriyaya hərbi müdaxilədə yer almamalıdır. Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə Bakıda olan Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin deyib.

H.Çətin bildirib ki, ABŞ və Avropa Suriyadan uzaqdadırlar: "Onlar bu ölkədə əməliyyatlar keçirəcəklər, sonra da oradan çıxacaqlar, Türkiyə isə Suriya ilə bir yerdə qalacaq. Ona görə Türkiyənin bu məsələyə qarışmaması lazımdır".

Hikmət Çətin onu da əlavə edib ki, Suriyaya hücum etməzdən əvvəl BMT missiyanın kimyəvi silahdan istifadə olub-olmadığını müəyyənləşdirməlidir. Keçmiş nazir hesab edir ki, əgər Suriyada kimyəvi silahdan istifadə təsdiqlənərsə, bütün dünya bununla bağlı birgə addımlar atmalıdır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar