Türkiye Suriyada müharibenin olmasını heç vaxt istemeyib
20 Sentyabr 2013 Cümə 15:37
Türkiye prezidenti ölkesinin münaqişenin dinc yolla hellinin terefdarı olduğunu beyan edib.
Türkiyə Suriyada müharibənin olmasını heç vaxt istəməyib və münaqişənin dinc yolla həllinin tərəfdarıdır. Bunu Türkiyə prezidenti Abdulla Gül bəyan edib.

"Türkiyə, hər şeydən əvvəl, bu məsələnin müharibəsiz həll edilməsini istəyən bir ölkədir, lap əvvəldən bunun üçün ən çox səy göstərən ölkədir, amma müharibə heç vaxt arzu edilə bilməz. Əgər müharibəyə hazır olmasan, onda da səhvlərin buraxılmasının qarşısını ala bilməzsən. Bu baxımdan bu işi belə qəbul etmək lazımdır. Türkiyənin hər hansı bir müharibə istəyi yoxdur. Türkiyə sadəcə Suriyada davam edən bu qətliyamın qısa vaxt ərzində dayandırılmasını tələb edir və beynəlxalq ictimaiyyətin çox güclü dəstək nümayiş etdirməsini istəyir" - deyə, Türkiyə prezidenti bildirib.

Abdulla Gül bu bəyanatı BMT-nin Baş Assambleyasının 68-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka yollanmazdan əvvəl keçirdiyi mətbuat konfransında verib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar