Türkiye Suriya serhedinde güclü partlayış
03 Sentyabr 2013 Çərşənbə Axşamı 21:35
Suriya ile Türkiye serhedinde baş veren partlayışda bir türk olmaqla 6 nefer helak olub.
Türkiyə-Suriya sərhədində güclü partlayış baş verib. ANS PRESS-in Türkiyə mediasına istinadən məlumatına görə, Hatay vilayətinin Suriya ilə sərhədində baş verən partlayışda bir türk olmaqla 6 nəfər həlak olub.
Hadisəyə səbəb bir qrup Suriya vətəndaşının Türkiyəyə satmaq üçün keçirmək istədiyi dəmir-dümürun arasındakı partlamamış sursatın anidən partlaması olub.
Partlayışın gücü o Türkiyəyə sərhədə yaxın yaşayıç bölgələrində insanları təşvişə salıb. Partlayışla bağlı Türkiyə-Suriya sərhədində təhlükəsizlik tədbirləri gücləndirilib və araşdırmalar aparılır.
DOSTLARINLA PAYLAŞ: