Türkiyə Suriya böhranını daha yaxından izləməyə və bu böhranın böyüməməsi üçün diplomatik və hərbi sahədə addımlar atmağa davam etməkdədir.
Aldığımız məlumata görə, Suriyaya cəmi 80 kilometr məsafədə yerləşən GaziAntep yaxınlarındakı "Sazgin" hava limanına çox sayda hava desant birliyi, hava hücumundan müdafiə üçün “Stinger” və TOR sistemlərindən ibarət zenit batareyaları ilə iki eskadrilya, qırıcı döyüş təyyarəsi və “Kobra” döyüş hülikopteri yerləşdirib. Hərbi və mülki məqsədlə istifadə edilən Sazgin hava limanı Suriya sərhəddindən 30 kilometrdə yerləşir və 2003-cü il İraq müharibəsi zamanında ABŞ silahlı quvvələri tərəfindən nəqliyyat və yardımçı xidmət mərkəzi olaraq da uzun zaman istifadə edilmişdi. ("OLAYLAR"İA)