Suriyadan Türkiyəyə qeyri-qanuni keçidlərin qarşısını almaq və qaçaqçılığa mane olmaq məqsədiylə beton divar inşa edilir.
ANS PRESS-in məlumatına görə, Türkiyənin Hatay şəhərinin Reyhanlı mahalına bağlı Kuşaklı kəndi sərhədlərində Cilvegözü sərhəd darvazasına paralel divar çəkilir.
Suriya sərhədinə 30 santimetr qalınlığında, yüksəkliyi 2 metrə çatan beton bloklardan ibarət olan 1200 metr uzunluğunda divarın çəkilməsinə artıq başlanıb. Genişliyi 2,5 metrə çatan, hər biri 3 ton ağırlığındakı bloklar yük maşınlarına yüklənərək sərhəd xəttinə gətirilir və burada divar inşası davam etdirilir.
Sərhəddə yüksələn divarın ilk etapda 1 200 metr olacağı, uzunluğunun 8 kilometrə qədər çatacağı planlaşdırılır. Divarın inşası zamanı sərhəd qoşunlarının bölgədə davamlı nəzarətdə olduğu müşahidə edilib.