Türkiyə Suriya müxalifətinin legitimliyini tanıdı
16 Noyabr 2012 Cümə 03:50
Xarici işlər naziri Əhməd Davudoğlu Suriyada müxalif koalisiyanın yaradılmasını alqışlayıb.
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Suriyada müxalif koalisiyanın yaradılmasını alqışlayıb və Ankaranın Suriya Milli Şurasının suriyalıların maraqlarının qanuni təmsilçisi kimi tanıdığını bəyan edib. ANS PRESS xəbər verir ki, məlumatı BBC yayıb.
Qeyd edək ki, bir qədər əvvəl Fransa da Suriyanın müxalifət qüvvələrinin koalisiyasının legitimliyini tanıyıb. Fransa prezidenti Fransua Olland bildirib ki, ölkəsi Suriyaya silah göndərməyə hazırdır. “Bundan əvvəl biz Suriyaya silah göndərmirdik. Çünki onun kimin əlinə keçəcəyindən əmin deyildik”, - Fransa prezidenti deyib.
DOSTLARINLA PAYLAŞ: