Türkiyə Somaliyə 200 milyon dollar ayıracaq
17 Avqust 2011 Çərşənbə 21:40
Aclıqdan əziyyət çəkən Afrika ölkəsinə bu gün 40 ton humanitar yardım göndərilib
Ramazan ayının sonuna kimi Türkiyə Somaliyə 200 milyon dollar ayıracaq. Bunu İstanbulda Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan bəyan edib.
Türkiyə KİV-lərinin verdiyi məlumata görə, bu gün günorta saatlarında Türkiyə tərəfi Somaliyə 40 ton humanitar yardım göndərib. Bunun 10 tonu dərman preparatlarıdır. Həmçinin Somali vətəndaşlarına yardım etmək üçün Türkiyədən həkimlər də gedəcək.
DOSTLARINLA PAYLAŞ: