Türkiyə siyasətində növbəti biabırçı kaset qalmaqalı
09 May 2011 Bazar Ertəsi 02:03
Yeni kasetlər sosial şəbəkə və video paylaşım saytlarında “+18 yaş və yuxarı” xəbərdarlığı ilə yayılıb.
Türkiyədə daha iki siyasətçiyə aid biabırçı görüntülərin olduğu kaset qalmaqalı baş verib. Yeni görüntülər Milliyətçi Hərəkat Partiyasının (MHP) 2 yüksək vəzifəli üzvü və millət vəkilliyinə namizədi ilə onlarla birlikdə olan 2 ali məktəb tələbəsi qıza aiddir.

Məlumata görə, kasetlərdən biri MHP-nin İstanbul üzrə təşkilatlanmaya cavabdeh və millət vəkilliyinə namizədi Bülent Didinmez və onun özündən 29 yaş kiçik tələbə sevgilisinə aiddir.

Digər kasetdə isə yenə MHP-nin İstanbul şöbəsində məsul vəzifə sahibi və millət vəkilliyinə namizəd İhsan Barutçu ilə onun özündən 26 yaş kiçik tələbə sevgilisi çəkilib.

Qeyd edək ki, MHP-nin sədri Dövlət Bağçalı hər iki partiya üzvünün istefasını tələb edib və partiya daxilində kaset şübhəsi olan hər kəsi indidən istefaya dəvət edib.

Xatırladaq ki, təxminən 2 həftə əvvəl daha 2 MHP üzvü barədə qalmaqallı kaset yayımlanmışdı. Gizli kamera ilə çəkilmiş görüntülərdə MHP liderinin ailə və qadın problemləri üzrə müavini, millət vəkili Rəcai Yıldırım və yerli idarəetmə orqanları üzrə müavini, millət vəkili Mətin Çobanoğlu qadınlarla siyasət, seçki, eləcə də intim mövzularda söhbət edir və öpüşürlər.

Türkiyə siyasətində daha bir kaset qalmaqalı isə 1 il əvvəl baş vermişdi. Ana müxalifət lideri – Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Dəniz Baykal katibəsi ilə çəkilən gizli kamera görüntülərinin internetdə yayılmasından sonra - 2010-cu il mayın 10-da vəzifəsindən istefa vermişdi.

Qeyd edək ki, yeni kasetlər sosial şəbəkə və video paylaşım saytlarında “+18 yaş və yuxarı” xəbərdarlığı ilə yayılıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar