Türkiyə şirkətləri üçün yeni şans
13 Avqust 2014 Çərşənbə 11:59
ABŞ və Avropa Birliyindən edilən qida idxalına məhdudiyyətlər gətirməsindən sonra türk şirkətlərə tələblərin gəldiyini bildirib.
Türkiyə İxracatçılar Məclisi (TİM) sədri Məhmət Büyükəkşi Rusiyanın ABŞ və Avropa Birliyindən edilən qida idxalına məhdudiyyətlər gətirməsindən sonra türk şirkətlərə tələblərin gəldiyini bildirib.

ANS PRESS-in məlumatına görə, o bildirib ki, "Rusiyanın AB və ABŞ-dan idxalata məhdudlaşdırma qərarından sonra Türk firmalara tələblər gəlir; bu çərçivədə önümüzdəki həftə Rusiyadan bir heyət gəlməsi gözlənilir”.

Rusiyanın tələbinin Türkiyədən qarşılanması üçün ixracatçı birlikləri iqtisadiyyat nazirliyi və Kənd Təsərrüfatı Nazirliyi ilə yaxın çalışırıq.

Rusiyada qida ixracatında lazımlı icazə və prosedurların asanlaşdırılması mövzusunda işlər etməyi planlaşdırırıq.

Rusiyaya xüsusilə qanadlı məhsullarda və balıqda ciddi ixracat artımı gözləyirik, yaş meyvə və tərəvəz sektorunda da əlavə tələbi qarşılamağa hazırıq"-deyə Məhmət Büyükəkşi bildirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar