Türkiyə şimali İraqda əməliyyat keçirdi
20 May 2010 Cümə Axşamı 21:00
Türkiyə şimali İraqda əməliyyat keçirdi. Hərbi təyyarələr 50 hədəfi bombalayıb.
Terrorizmlə mübarizə tədbirləri çərçivəsində Türkiyə Hava Qüvvələri İraqın şimalında Hakurk-Zap bölgəsində anti-terror əməliyyatı keçirib. 20 ədəd F-16 və F-4 təyyarəsi həmin ərazidə gün ərzində 50 hədəfi vurub.
ABŞ kəşfiyyatı və “Heron” pilotsuz kəşfiyyat təyyarələri vasitəsi ilə yeri müəyyən edilən hədəflərin uğurla məhv edildiyi bildirilib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: