Türkiyə silah daşıyan İran təyyarəsini azad etdi
17 Mart 2011 Cümə Axşamı 03:06
Türkiyə rəsmiləri: “Təyyarənin göyərtəsində qanunsuz heç nə aşkarlanmayıb”
Türkiyənin cənub-qərbində enişə məcbur edilən və göyərtəsində Suriyaya məxsus silahların olduğu İran yük təyyarəsi azad edilib. Təyyarə Diyarbəki hava limanını tərk edib. Türkiyə rəsmilərinin məlumatına görə, təyyarənin göyərtəsində qanunsuz heç nə aşkarlanmayıb.
Təyyarədəki araşdırmalara kimyəvi, bioloji, nüvə və radioaktiv yüklər üzrə mütəxəssislər cəlb ediliblər. Araşdırmalar başa çatdıqdan sonra təyyarənin təyinat nöqtəsinə Aleppoya (Suriya) uçmasına icazə verilib.
Təyyarənin göyərtəsində iki pilot və açıqlanmayan sayda heyət üzvləri olub. Təyyarə İrandan Suriyaya uçurmuş.
DOSTLARINLA PAYLAŞ: