Türkiyə serialları bir-bir reytinq qurbanı olur
03 Noyabr 2012 Şənbə 06:34
Gələn ilə qədər bir çox serialın yayımının dayandırılacağı bildirilib
Türkiyə telekanallarında bu mövsüm başlayan və reytinq tələblərini qarşılamayan bir çox tele-serialın yayımı dayandırılır. “Gazetepeort” portalının məlumatına görə, kanal D istisna olmaqla digər telekanallarda nümayiş olunan seriallar reklam gəlirlərini qarşılamır. Bunun əsas səbəbi kimi isə serialların maliyyətinin çox olması, xüsusilə bəzi aktyorların yüksək məbləğdə pul tələb etməsi göstərilir.

Qeyd edək ki, hazırda bəzi serialların bir bölümü üçün 500 000 lirə (220 000 manat) pul xərcləndiyi iddia olunur.

Bəzi nüfuzlu televiziya mütəxəssisləri “Muhteşem yüzyıl” (Möhtəşəm əsr), “Kurtlar Vadisi Pusu” və “Öyle bir Geçer Zaman ki” xaric bütün serialların ziyanla işlədiyini və bir çox serialın tamaşaçıları ilə vidalaşacağını vurğulayıb.

Xatırladaq ki, hazırda Türkiyə teleməkanında ən yüksək məbləğdə qonorarı Kənan İmirzalıoğlu alır. Məlumata görə, İmirzalıoğlu çəkildiyi serialın hər bölümü üçün 70 000 lirə (30 710 manat) pul alır. Onun ən yaxın təqibçisi olan Haluk Bilginer və Kıvanc Tatlıtuğ isə film şirkətindən 60 000 lirə (26 300 manat) pul alırlar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar