Türkiyə sərhədinə zirehli maşınlar yeridilib
22 Aprel 2012 Bazar 12:42
Bunda məqsəd İraqla sərhəd yerləşən Hakkari vilayətinin müdafiəsinin gücləndirilməsidir.
Türkiyənin Hakkari vilayətində gərginlik davam edir. Şəmdinli rayonunda sərhədə hərbi qüvvələr cəlb edilib. Şəmdinli mərkəzində yerləşən 3-cü Dağ Taktika Komandanlığından çıxan 20 maşınlıq karvan sərhədə doğru hərəkət edib. Hərbi maşınlardan ibarət karvandakı zirehli avtomobillərin əksəriyyətini "Kirpi" adlanan minaya davamlı maşınlar təşkil edir. Zirehli avtomobillər yazın gəlməsi ilə gərginliyin artdığı sərhəd bölgəsində PKK-nın hücumlarının qarşısını almaq üçün bu əraziyə yeridilib.
DOSTLARINLA PAYLAŞ: