Türkiyə səfiri Vaşinqtona qayıtdı
06 Aprel 2010 Çərşənbə Axşamı 11:00
Türkiyə səfiri Namiq Tan: "ABŞ-dan bizi razı salan cavabları almışıq"
ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin uydurma erməni soyqırımına dair qəbul etdiyi qərardan sonra geri çağırılan Türkiyənin bu ölkədəki səfiri Namiq Tan bu gün Vaşinqtona qayıdıb. Türk diplomatı jurnalistlərə müsahibəsində bildirib ki, onun qayıtmasına səbəb Ankaranın Vaşinqtondan bir sıra məsələlərə, o cümlədən qondarma erməni soyqırımına dair ifadə işlətməmək barədə lazımi vədi almasıdır.
“Mənim Ankaraya məsləhətləşmələrə çağırılmaqla vermək istədiyimiz mesajlar səlahiyyətli tərəflərə və şəxslərə çatdırılıb. Mesaj həm alınıb, həm də qəbul edilib. Bunun qarşılığında biz də bizi razı salan cavabları almışıq. Dolayısı ilə mənim də artıq vəzifəmin başına qayıtmaq zamanıdır. Bu gün Vaşinqtona qayıdacağam. Baş nazirimizi həftəsonu Vaşinqtonda qarşılayacağam. Baş nazir nüvə təhlükəsizliyi ilə bağlı sammitdə iştirak edəcək. Gözləyirik ki, bu templə gedən vəziyyət davam edəcək”, - deyə o bildirib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: