Türkiye savaşa qatılacaq?
29 Avqust 2013 Cümə Axşamı 10:48
Davudoğlu: Kimse Türkiye dövletinin ve türk silahlı qüvvelerinin qüdretinden şübhe etmesin.
“Kimsə Türkiyə dövlətinin və türk silahlı qüvvələrinin qüdrətindən şübhə etməsin”. Türkiyənin xarici işlər naziri Əhmət Davudoğlu NATO-nun Suriya planları ilə bağlı maraqlı maraqlı açıqlamalar verib.

ANS PRESS Türkiyə mətbuatına istinadən xəbər verir ki, Səudiyyə Ərəbistan səfərindən qayıdan Davudoğlu Suriya böhranının hərbi müdaxilə ilə həllində Türkiyənin maraqlı olmadığını bildirib: “Türkiyənin Suriya ilə 910 kilometr sərhədi var. Suriyaya hərbi müdaxilə Türkiyə üçün risk deməkdir. Ancaq Türkiyə bütün bu risklərə hazırdır. Keçən il hərbi təyyarəmizə edilən hücum sonrası bütün təhlükəsizlik tədbirlərini gördük. Türkiyə strateji maraqlarını qorumaq üçün nə tədbir lazımdırsa, hamısı görür və görməkdədir. Silahlı qüvvələrimiz hər zaman olduğu kimi, indi də bütün məsüliyyəti üzərinə götürüb, yetərli addımları atmağa hazırdır”.

Suriya probleminin hərbi yolla həllinin tərəfdarı olmadığını deyən Əhməd Davudoğlu BMT Təhlükəsizlik Şurasının bu məsələdə yekdil mövqe nümayiş etdirəcəyinə inandığını bildirib: “Bu insanlıq suçunu işlədənlər, körpələrə və qadınlara zülm edənlər beynəlxalq hüquq qarşısında cavab verəcəklər. İnşaallah bütün bunlara ehtiyyac olmaz. Ehtiyyac olduqda isə, kimsə Türkiyə dövlətinin və türk silahlı qüvvələrinin qüdrətindən şübhə etməsin”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar