Türkiyə Rusiyaya ultimatum verib
29 Sentyabr 2011 Cümə Axşamı 15:28
Taner Yıldız: “Qazın qiyməti əhəmiyyətli dərəcədə aşağı salınmasa, qaz müqavilələrini ləğv edə bilərik”.
Türkiyə hökuməti enerjidaşıyıcılarının qiymətləri əhəmiyyətli dərəcədə aşağı salınmasa, Rusiya ilə qaz müqavilələrini ləğv edə bilər.

“APA-Economics”in “Reuters”ə istinadən xəbərinə görə, bu bəyanatla Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız çıxış edib.

Hazırda Türkiyə Rusiyanın “Qazprom” şirkətindən ildə 30 mlrd. kubmetr qaz alır ki, bu da ölkənin mavi yanacağa olan tələbatının 64%-ni təşkil edir. Bu ilin mart ayında Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Moskvaya səfəri zamanı qazın qiymətinin aşağı salınması ilə bağlı Rusiya prezidenti Dmitri Medvedevlə apardığı danışıqlar nəticə verməyib. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar