Türkiyə Rusiyanı ağlını başına toplamağa çağırır
09 Mart 2014 Bazar 06:37
Mevlud Çavuşoğlu müharibə və münaqişənin qarşısını almaq üçün Türkiyənin əlindən gələni edəcəyini bildirib.
Türkiyənin AB naziri Mevlud Çavuşoğlu Rusiyanı sağlam düşüncə ilə hərəkət etməyə və Ukraynanın ərazi bütövlüyünü tanımağa çağırıb. ANS PRESS-in məlumatına görə, Çavuşoğlunun sözlərinə əsasən, Rusiyanın Krıma daxil olması yolverilməzdir və Rusiya beynəlxalq qanunvericiliyi pozur. Nazir eyni zamanda BMT-ni və Avropa Şurasını Rusiyaya diplomatik hücumlarını sürətləndirməyə səsləyib.
O, müharibə və münaqişənin qarşısını almaq üçün Türkiyənin əlindən gələni edəcəyini bildirib. Bundan başqa, Türkiyə Xarici İşlər Nazirliyi qeyd edib ki, Krımda referendum qərarı təhlükəli və səhv addımdır, baxmayaraq ki, yarımadada müxtəlif etnik qruplar yaşayır. Nazir bütün münaqişə tərəflərini dialoq və sağlam düşüncə ilə hərəkət etməyə səsləyib. Eyni zamanda, bu gün Antalyada yerli krım-tatar cəmiyyəti “Putin! Əllərini Ukraynadan çək!” şüarı altında aksiya keçirilib. Aksiyaya Türkiyədə yaşayan ukraynalılar da qoşulub.
Qeyd edək ki, son zamanlarda Rusiya KİV-i Türkiyənin Rusiyanı dəstəkləməsi haqqında yanlış xəbərlər yayırlar.
DOSTLARINLA PAYLAŞ: