Türkiyə qurban bayramında da Pakistana yardım edəcək
16 Oktyabr 2010 Şənbə 05:15
“Qızıl Aypara” cəmiyyəti kəsilən qurban ətinin yarısı Pakistana yollayacaq.
“Qurban bayramında kəsilən mal-qaranın ətləri Pakistanla qardaş malı kimi bölüşdürüləcək”. Bunu Türkiyə “Qızıl Aypara” cəmiyyətinin sədri Tekin Kiçikəli deyib. T. Kiçikəli qurbanların Türkiyədə kəsiləcəyini, yarısının qablaşdırılaraq Pakistanda seldən zərər görənlərə yollanacağını deyib. Sədr qalan ətin Türkiyədəki ehtiyac sahiblərinə paylanacağını bildirib.

Qeyd edək ki, Türkiyə “Qızıl Aypara” cəmiyyəti 142 ildir xeyriyyəçilikfəaliyyəti göstərir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar