Türkiyə Qırğızıstana iki təyyarə göndərəcək
14 İyun 2010 Bazar Ertəsi 15:05
Artıq 847 nəfər əcnəbi ölkədən xaric edilib.
Xarici ölkə vətəndaşlarının Qırğızıstandan çıxarılmasına başlanılıb. Artıq 847 nəfər əcnəbi ölkədən xaric edilib.
Rəsmi Ankara bu məqsədlə Qırğızıstana 2 təyyarə göndərməyə hazırlaşır. Bu barədə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu məlumat verib.
“Cəlal-Abad və Oş şəhərindəki vətəndaşlarımızın təhlükəsizlik məsələsi ilə bağlı bəzi təhlükəsizlik tədbirləri görürük. Qırğızıstan rəsmiləri ilə əlaqə yaratmışıq. Mən Qırğızıstanın baş nazirinin müavini, müvəqqəti hökumətin vacib şəxslərindən olan Otumbayevlə danışdım. Bundan əlavə, Qazaxıstanın xarici işlər naziri Kanat Saudabayevlə əlaqə saxladım. Qırğız rəsmiləri türk vətəndaşlarının təhlükəsizliyi ilə bağlı bəzi addımlar atıb. Biz Cəlal-Abad və Oşdan vətəndaşlarımızın sağ-salamat çıxarılması üçün bu gün iki təyyarə göndəririk. Həmçinin müxtəlif qurumlardan ibarət olan heyətimizi bu gün və ya sabah Qırğızıstana göndərəcəyik. Bu heyət həm Qırğızıstandakı sabitliklə bağlı atılacaq addımları, həm də Türkiyənin bu məsələdə edə biləcəklərini qırğız rəsmiləri ilə nəzərdən keçirəcək”, - deyə Əhməd Davudoğlu bildirib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: