Türkiyə qara təslim olub
11 Dekabr 2011 Bazar 12:45
Hakkari, Van və Ərzurumda qarın hündürlüyü 50-60 sm-a çatıb.
Türkiyənin bir sıra vilayətlləri şaxta və qara təslim olub. Hakkari vilayətinin mərkəzi Şəmdinli rayonunda qarın hündürlüyü 40 santimetrə, dağlıq ərazilərdə isə 60 santimetrə çatıb. Vilayətdə 125 kənd yolu bağlanıb. Onlarla avtomobil yollarda qarın içində qalıb.
Ərzurum da bəyaz örpəyə bürünüb. Burada qarın qalınlığı bəzi yerlərdə 50 santimetrə çatıb. Bölgədə ən şaxtalı hava burada qeydə alınıb. Güclü qar Ərzurumla yaxın vilayətlər arasında nəqliyyatın hərəkətini xeyli çətinləşdirib. Ərzurum-Bingöl və Ərzurum-Artvin magistral yolları bağlanıb, burada təmizlik işlərinə başlanılıb.
Bir müddət əvvəl güclü zəlzələnin baş verdiyi Van vilayətində isə soyuq hava əvvəlcə dolu, sonra isə qarla müşayiət olunub. Qısa vaxt ərzində şəhər bəyaza bürünüb. Qar və şaxta xüsusilə, çadırlarda yaşayan sakinlər üçün çətinliklər yaradıb. Vanın mərkəzində qarın qalınlığı 10 santimetr təşkil edib.
DOSTLARINLA PAYLAŞ: