Türkiyə prezidenti Kameruna gedir
16 Mart 2010 Çərşənbə Axşamı 10:35
Səfər zamanı Türkiyə prezidentinə 100-dən artıq nümayəndə müşayiət edəcək
Türkiyə prezidenti Abdullah Gül bu gün Kameruna səfər edəcək. Səfər zamanı prezidenti Türkiyə işgüzar dairəsinin 100-dən artıq nümayəndəsinin müşayiət edəcəyi gözlənilir. Səfərdə məqsəd yerli hakimiyyət və ticarət palatası nümayəndələri ilə görüşlər keçirməkdir.
Qeyd edək ki, bir həftə öncə Kamerunda Türkiyə nümayəndəliyi fəaliyyət göstərməyə başlayıb.
Xatırladaq ki, dünən Abdullah Gül Konqo prezidenti Cozef Kabilo ilə görüşüb. Türkiyə prezidenti birinci dəfədir ki, Konqo və Kameruna səfər edir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: