Türkiyə prezidenti Abdullah Gülə "Chatham House” mükafatı veriləcək
06 Noyabr 2010 Şənbə 04:15
“Chatham House” hər il beynəlxalq münasibətlərə verdiyi töhfələrə görə sityasi və ya sivil təşkilat liderinə verilir.
Türkiyə prezidenti Abdullah Gülə İngiltərədə 2010-cu il "Chatham House” mükafatı veriləcək. Məlumata görə, hər il beynəlxalq münasibətlərin inkişafına ən böyük töhfəni verən dövlət adamlarına təqdim olunan ödülü Abdullah Gülə noyabrın 9-da kraliça II Yelizaveta şəxsən özü verəcək. Mükafatı almaq üçün İngiltərəyə səfər etməyə hazırlaşan Gül bu ölkənin baş naziri Devid Kameron, baş nazirin müavini Nik Kleqq və xarici işlər naziri Vilyam Haque ilə də görüşəcək.

Bundan başqa prezident Abdullah Gül “Chatham House”də (Krallıq Beynəlxalq Münasibətlər Akademiyası) “Türkiyənin beynəlxalq münasibətlər vizyonu və xarci siyasəti”, “Oxford” universitetində isə “İslam dünyasında demokratiya və imkişaf” mövzusunda məruzə oxuyacaq.

Qeyd edək ki, “Chatham House”, yəni “Krallıq Beynəlxalq Münasibətlər Akademiyası mükafatı” 2005-ci ildən bəri hər il beynəlxalq münasibətlərə verdiyi töhfələrə görə sityasi və ya sivil təşkilat liderinə verilir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar