Türkiyə polisi hərəkətə keçdi
27 Mart 2014 Cümə Axşamı 18:27
Türkiyədə 30 martda keçiriləcək bələdiyyə seçkiləri öncəsi yüksək səviyyədə təhlükəsizlik tədbirləri görüləcək.
Türkiyədə 30 martda keçiriləcək bələdiyyə seçkiləri öncəsi yüksək səviyyədə təhlükəsizlik tədbirləri görüləcək.
ANS PRESS-in məlumatına görə, bələdiyyə seçkiləri vaxtı ölkə polisi gücləndirilmiş iş rejiminə keçəcək.
Türkiyədə 39 min polis bələdiyyə seçkilərinin təhlükəsizliyini təmin edəcək. Seçkilərin yüksək səviyyədə keçirilməsi üçün Ərdoğan hökuməti müvafiq göstərişlərini verib.
Qeyd edək ki, Türkiyədə bələdiyyə seçkilərinə heç zaman bu qədər diqqət olmayıb.
DOSTLARINLA PAYLAŞ: