Türkiyə parlamentinə Cəmil Çiçək spiker seçildi
05 İyul 2011 Çərşənbə Axşamı 01:57
AKP millət vəkili Cəmil Çiçək TBMM-nin 25-ci spikeri oldu.
Ötən gün Türkiyə Böyük Millət Məclisinə (TBMM) spiker seçilib. TBMM-də gizli səsvermə yoluyla keçirilən seçkinin qalibi 322 səslə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) millət vəkili Cəmil Çiçək oldu. Qeyd edək ki, 3 tur keçirilən spikerlik seçkisində Milliyətçi Hərəkat Partiyasının (MHP) millət vəkili Tunca Toskay və AKP millət vəkili Zelkif Kazdal da namizədliklərini irəli sürmüşdülər.
Xatırladaq ki, Cəmil Çiçək hökumət sözçüsü kimi daha əvvəl Azərbaycanı dəstəkləyici bəyanatlar vermiş, Türkiyə - Ermənistan münasibətlərində Azərbaycanı üzəcək heç bir addım atmayacaqlarını demişdi. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: