Türkiyə parlamentində millət vəkilləri dalaşıb
14 İyul 2010 Çərşənbə 11:05
İyulun 13-də Türkiyə Böyük Millət Məclisində (TBMM) 8 yeni universitetin qurulması ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı mübahisə yaranıb.
 APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Milliyyətçi Hərəkat Partiyasının (MHP) üzvü Yılmaz Tankut çıxışını bitirib yerinə keçərkən hakim Ədalət və İnkişaf Partiyasından (AKP) Muhyettin Aksak onun çıxışına kəskin etiraz edib. Bundan sonra tərəflər arasında mübahisə qızışıb və əlbəyaxa davaya çevrilib. Aksakın yumruğuna Tankut təpiklə cavab verib. Bu zərbədən sonra M. Aksak yerə yıxılıb. Digər millət vəkilləri araya girərək dalaşanları ayıra biliblər. Sədr fasilə elan edib. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar