Türkiyə parlamentində deputatlar dalaşdı
07 Mart 2013 Cümə Axşamı 10:03
Millət vəkillərinin müdaxiləsi ilə TBMM-də baş verəcək yumruqlaşmanın qarşısı alınıb.
Türkiyə Böyük Millət Məclisində (TBMM) millət vəkilləri arasında baş vermiş mübahisə dava-dalaşa çevrilib. Məlumata görə, elektrik enerjisinin satışı barədə qanun layihəsinin müzakirəsi vaxtı kürsüyə çıxan anamüxalifətçi Ümid Özgümüş Suriya barədə danışmağa başlayıb. CHP-nin (Cümhuriyyətçi Xalq Partiyası) Adanadan olan millət vəkili Özgümüş Türkiyənin Suriyada davam edən müharibədə fiziki iştirak etdiyini, XİN rəhbəri Əhməd Davudoğlunun Bəşər Əsədin hakimiyyətdən gedəcəyi barədə proqnozların baş tutmadığını deyib. Əsədin daha 4 il hakimiyyətdə qalacağını deyən CHP millət vəkili suriyalıların imperializmə qarşı mübarizə apardıqlarını qeyd edib.

AKP (Hakim Ədalət və İnkişaf Partiyası) millət vəkili Mehmet Metiner isə, xalqını qətlə yetirənləri bu şəkildə qoruya bilməzsən deyib.

Özgümüş isə millət vəkili həmkarına “cəvəzəlik etmə,, otur yerinə” – deyərək cavab verib.

Metinerə sonar bayırda danışarıq deyən CHP millət vəkili daha sonra “buraya gəlsənə” deyərək həmkarını kürsünün qarşısına çağırıb.

Qeyd edək ki, digər millət vəkillərinin müdaxiləsi ilə TBMM-də baş verəcək yumruqlaşmanın qarşısı alınıb.

Xatırladaq ki, TBMM-də müxtəlif partiyaya mənsub millət vəkilləri arasında vaxtaşırı dava-dalaşlar olur.




DOSTLARINLA PAYLAŞ:

oyunlar