Türkiyə parlamentində dava düşüb
14 İyul 2010 Çərşənbə 10:55
Türkiyə parlamentində millət vəkilləri əlbəyaxa oldular.
Türkiyə Böyük Millət Məclisində millət vəkilləri əlbəyaxa olublar. Deputatlar arasında münaqişə 8 yeni universitetin qurulmasına dair müzakirələr aparılan zaman baş verib. Dava Milliyətçi Hərəkat Partiyasından olan (MHP) millət vəkili Yılmaz Tankut və hakim Ədalət və İnkişaf Partiyasının (AKP) olan deputatı Muhyəttin Aksak arasında olub. Tankut çıxışından sonra həmkarına "Çıxışım boyunca mənə söz atdın. Öncə qulaq as, sonra danış", deyərək etirazını bildirib. Bundan sonra vəkillər əlbəyaxa olublar.
Yumruq-təpik davası digər deputatların köməyi ilə dayandırılıb. Ancaq MHP-li Tankut AKP millət vəkilinə "səninlə görüşəcəyik" deyə qışqırıb.
Davadan sonra müzakirələrə bir müddət fasilə verilib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: