Türkiyə parlamenti Konstitusiyaya dəyişiklikləri qəbul etdi
07 May 2010 Cümə 12:35
Sənəd imzalanması üçün prezident Abdullah Gülə göndəriləcək.
Türkiyə parlamentinin bu günkü toplantısında hakim Ədalət və İnkişaf Partiyasının ölkə Konstitusiyasına təklif etdiyi əlavə və dəyişikliklər ikinci oxunuşda qəbul edilib. CNN Türk-ün məlumatına görə, səsvermə zamanı 336 millət vəkili əlavə və dəyişikliklərin lehinə, 72 nəfər isə əleyhinə səs verib. Bir nəfər isə bitərəf qalıb. Gizli keçirilən səsvermədə 409 millət vəkili iştirak edib.

Səsvermənin nəticələri AKP millət vəkilləri tərəfindən alqışlarla qarşılanıb. Onlardan bəzilərinin sevincdən bir-birini qucaqladığı da müşahidə olunub.

Qeyd edək ki, sənəd bundan sonra imzalanması üçün prezident Abdullah Gülə göndəriləcək. Dövlət başçısı sənədi təsdiqləyərsə, o, 60 gün ərzində referenduma çıxarılmalıdır.

Səsvermədən sonra partiyasının qrup toplantısında çıxış edən Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib ki, indi söz xalqdadır.

Sənəd Türkiyə Konstitusiyasına 29 dəyişikliyin edilməsini nəzərdə tutur. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar