Türkiyə ordusu döyüş hazırlığına gətirilib
24 İyun 2011 Cümə 20:52
Suriya ilə sərhəddə baş verənlər Ankaranın narahatlığına səbəb olub.
Suriya ilə sərhəddə yerləşən Türkiyə qoşunları yüksək hərbi hazırlıq vəziyyətinə gətirilib. “Əl-Arabiya” telekanalının Türkiyədəki etibarlı mənbəyə istinadən yaydığı xəbərə görə, buna səbəb sərhədyanı zonada Suriya qoşunlarının sayının artırılmasıdır.

Türkiyə Silahlı Qüvvələrinin Baş komandanlığının qərarına əsasən, ordu generalı Sərvət Örük Türkiyə-Suriya sərhədində yerləşən hərbi qarnizonlara baş çəkib. İş ondadır ki, tanklar da daxil olmaqla, Suriya qoşun birləşmələri sərhəddən 500 metr aralıda mövqe tutub.

Ehtimallara görə, Suriya qoşunları Türkiyəyə keçməyə cəhd göstərən əsgərlərin qarşısını almağa çalışır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar