Türkiyə Milli Təhlükəsizlik Şurası Ermənistanla protokolları müzakirə edəcək
29 Aprel 2010 Cümə Axşamı 05:10
İclasda Türkiyə Milli Təhlükəsizlik Xidməti rəhbərinin vəzifədən azad olunması da ehtimal olunur.
Bu gün Türkiyə Milli Təhlükəsizlik Şurasının (MGK) iclasında Türkiyə-Ermənistan protokolları müzakirə olunacaq. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. İclasda həmçinin İraqdakı seçkilərin də müzakirə edələcəyi gözlənilir. Təhlükəsizlik şurasının iclasında güc strukturlarında kadr dəyişikliklərinin edilməsi də nəzərdə tutulur. Belə ki, ilk olaraq Türkiyənin Milli Təhlükəsizlik Xidmətinin (MİT) rəhbərinin vəzifədən azad olunması ehtimal olunur. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar