Türkiye meşğulluq üzre rekord qıracaq
10 Avqust 2013 Şənbə 18:53
İEİT-in hesablamalarına göre, 2014-cü ilde ölkede meşğulluğun seviyyesi 2,2% teşkil edecek.
Türkiyə məşğulluğun ən yüksək artım tempinə görə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (İƏİT, OECD) üzv ölkələr arasında üç ölkədən biri olacaq.

“APA” Türkiyə mətbuatına istinadən xəbər verir ki, İƏİT-in hesablamalarına görə, 2014-cü ildə ölkədə məşğulluğun səviyyəsi 2,2% təşkil edəcək.

Qeyd edək ki, qurum ən yüksək artım səviyyəsini 2,7%-la Meksika və İsraildə proqnozlaşdırır. Məşğulluğun artım səviyyəsinə görə bu ölkələrdən sonra 2,2%-la Türkiyə, daha sonra isə Amerika və Lüksemburq 2,0%-la qiymətləndirilib.

Dünyanın digər böyük iqtisadiyyata malik ölkələrində olan rəqəmlərə gəlincə, İƏİT Kanadada 1,3%, Almaniyada 0,5%, B. Britaniyada 0,7% artım gözlədiyini açıqlayıb.

Təşkilatın məşğulluqla bağlı bədbin proqnozları isə Yaponiya, Çexiya, Yunanıstan, İtaliya, Polşa, Hollandiya, Portuqaliya, Sloveniya və İspaniya ilə bağlı olub.

İƏİT məşğulluq səviyyəsinin ən çox düşəcəyi ölkənin Yunanıstan olacağını qeyd edib. Hesablamalara görə, müvafiq sahə üzrə 2,1% azalma olacaq və bu ölkədə işsizlik gələn il daha da artacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar