Türkiyə Liviya üsyançılarına 100 mln dollar nağd pul verib
24 Avqust 2011 Çərşənbə 11:41
Pulların təyyarələrlə daşındığı bildirilir
Türkiyə Liviya lideri Muammər Qəddafini devirməyə çalışan üsyançılara 100 milyon dollar hədiyyə, 100 mln dolları nağd kredit və 100 mln dolları da layihələrə dəstək olaraq verir. ANS PRESS-in məlumatına görə, bu barədə "HaberTürk" yazıb. Məlumata görə, nağd pul bu günə qədər təyyarələrlə çemodanların içində göndərilib.

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu isə məsələyə belə münasibət bildirib.

"Öz üsullarımızla göndərdik, davamı gələcək", deyə Davudoğlu qeyd edib.

Qeyd edək ki, Əhməd Davudoğlu Muammər Qəddafinin Tripolidə iqamətgahı dağıdılarkən Liviyaya səfər etmişdi. O, Efiopiyadan Liviyanın Benqazi şəhərinə yola düşməzdən əvvəl, ABŞ dövlət kativi Hillari Klinton da daxil olmaqla 11 ölkənin xarici işlər naziri ilə telefonla müzakirələr aparmışdı. Davudoğlunu aerodromda Liviya Milli Keçid Şurasını rəhbəri Mustafa Abdülcelil qarşılamışdı.

Bununla belə, Türkiyənin bir sıra şərtləri də var:

* Demokratik, azad Liviya qurulmalı.
* Ərazi bütpvlüyü qorunmalıdır. Ölkədə sabitlik olmalıdır.
*Ölkənin birliyi qorunmalıdır.
* Beynəlxalq ictimaiyyətdə hörmətli yer tutumalıdır.
* Yeni azad bayrağı bütün dünyada dalğalanmalıdır.
* Liviya bütövlükdə yenidən qurulmalıdır.
* Zəngin yeraltı qaynaqları ilə dünyada yüksələn bir ulduz olmalıdır.
* Liviyanın dondurulmuş maliyyə qaynaqları sərbəst olmalıdır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar