Türkiyə Liviya müxalifətinə ötürülən yanacağın həcmini artırır
16 Avqust 2011 Çərşənbə Axşamı 05:43
Ötən ay 10 ton dizel yanacağı göndərən “Turkish Petroleum” şirkəti bu ay həcmi artırmağı planlaşdırır
Türkiyə Benqazi şəhərində yerləşən Liviya müxalifətinin dizel yanacağını təminatını, bununla da Müammər Qəddafiyə qarşı mübarizəyə dəstəyini davam etdirir. İyulda Türkiyə mxalifətçilərə 10 milyon dollar dəyərində 10 ton dizel yanacağı göndərib. Hazırda 14 ton həcmində daha böyük həcmdə yanacağın göndərilməsinə hazırlıq görülür. Yükün Benqaziyə bu ayın sonunda çatacağı gözlənilir.
Liviya müxalifətinin yanacaq təchizatçısı “Turkish Petroleum” beynəlxalq şirkətitir. Bu şirkət “Turkiye Petrolleri”nin (TPAO) törəmə müəssisəsidir. Məlumata görə, Liviya müxalifəti yanacağı borca alır. Münaqişə başa çatdıqdan və Liviyadakı yataqlarda hasilatın bərpsından sonra Türkiyə ilə neftlə hesablaşılacağı planlaşdırılır.
DOSTLARINLA PAYLAŞ: