Türkiyə Liviya liderinə kömək etməyə hazırdır
11 İyun 2011 Şənbə 10:39
Müəmmər Qəddafiyə Liviyanı tərk etməsi əvəzində zəmanətlər təklif olunub
Türkiyə Liviya lideri Müəmmər Qəddafinin istefa verərək Liviyanı tərk etməsi müqabilində ona zəmanətlər təklif edib. Türkiyənin baş naziri Rəcəp Təyyip Ərdoğan bunu bəyan edib.

«Qəddafinin zəmanətlərdən istifadə edərək Liviyanı tərk etməkdən başqa çıxış yolu yoxdur. Biz göndərilən nümayəndələrimiz vasitəsilə ona bu zəmanətləri təklif etmişik. Biz ona istənilən ölkəyə getməkdə köməklik göstərəcəyimizi bildirmişik. Biz bu məsələni alacağımız cavabdan asılı olaraq müttəfiqlərimizlə müzakirə edəcəyik. Təəssüf ki, biz Qəddafidən hələlik cavab almamışıq. »-Rəcəp Təyip Ərdoğan belə deyib.

Rəcəp Təyyip Ərdoğan həmin zəmanətlər barədə açıqlama verməyib. O, həmçinin bildirib ki, atəşkəs və hakimiyyətin təhvili məsələsi ilə bağlı Müəmmər Qəddafi ilə dəfələrlə əlaqə yaratmağa çalışsa da, Liviya lideri hər dəfə boyun qaçırıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar