Türkiyə İsrail ilə silah alverini heç vaxt dayandırmayıb
24 İyul 2013 Çərşənbə 14:49
SIBAT: Münasibətlərdəki gərginliyə baxmayaraq, bu ölkəyə silah ixracı davam edir.
“İki ölkə arasında baş vermiş siyasi gərginliyə baxmayaraq Türkiyə - İsrail arasındakı silah ticarətində fasilə olmayıb”. Yerli “Haaretz” qəzetinin xəbərinə görə, bunu İsrail Müdafiə Nazirliyinin rəsmisi açıqlayıb. Nazirlik Xarici Müdafiə Yardım və İxracat bölməsinin (SIBAT) rəhbəri general mayor Şemaya Avieli Türkiyə, Vyetnam, Malayziya və İnoneziya kimi ölkələrin silah bazarının “inkişaf etməkdə olan ölkə” statusunda olduğunu bildirib. Türkiyəyə silah ixracatının heç vaxt dayandırılmadığını deyən nazirlik rəsmisi münasibətlərin İsrailin dövlət mənfəətləri çərçivəsində davam etdiyini qeyd edib.
“Doğrudur ki, münasibətlər əvvəlki illərdə olduğu kimi davam etmir. Amma rəqəmlərə baxanda, görürük ki, Türkiyəyə edilən silah ixracatı heç vaxt sıfır olmayıb. Silah ixracatının əksəriyyəti keçmiş müqavilələr əsasında həyata keçirilsə də, Türkiyədən yeni sifarişlər var. Hazırda bu sifarişləri araşdırırıq”, – deyə SIBAT rəsmisi bildirib.
Məlumata görə, İsrail silah ixracatına görə dünyanın ilk 10 ölkəsi arasındaır. Keçən il bu ölkənin 7.4 milyard dollarlıq silah ixracatı olub.
DOSTLARINLA PAYLAŞ: