Türkiyə İrəvan İstanbula aviareysini dayandırır
30 Mart 2013 Şənbə 14:08
Erməni mətbuatı qadağanın aprelin 1-dən qüvvəyə minəcəyini yazıb.
Türkiyə Mülki Aviasiya Baş İdarəsi aprelin 1-dən etibarən İrəvan-İstanbul birbaşa reyslərinin həyata keçirilməsini dayandıracaq. ANS PRESS-in məlumatına görə, bu barədə məlumatı Ermənistanın "news.am" saytı türkiyədəki mənbəyə istinadla yayıb.

Qeyd edək ki, dünən Mülki Aviasiya Baş İdarəsi apreldə planlaşdırılan Van-İrəvan-Van birbaşa uçuşların təxirə salındığını açıqlamışdı.
Vana gedən bu reysi Türkiyənin "Borajet" aviaşirkəti həyata keçirməli idi. Onlar "Narekavank Tur" və türk şirkəti "Ayanis"in təşkilatçılığı ilə reallaşdırılmalı idi.
Ermənilər bu reyslərin açılışı ilə region xalqları arasında turizm və mədəni əlaqələr, eləcə də iqtisadi və işgüzar əməkdaşlığın inkişaf edəcəyinə ümid edirdilər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar