Türkiyə, İran və Braziliyanın XİN rəhbərləri yenidən bir araya gəlir
24 İyul 2010 Şənbə 21:40
İstanbulda keçiriləcək görüşdə nüvə yanacağı mübadiləsi müzakirə olunacaq.
Sabah İstanbulda Türkiyə, İran və Braziliya xarici işlər nazirlərinin nüvə yanacağının mübadiləsinə dair görüşü keçiriləcək. Bu barədə məlumat İranın Xarici İşlər Nazirliyindən verilib.
Qeyd edək ki, mayın 17-də Tehranda 18 saat davam edən müzakirələrdən sonra Türkiyə, İran və Braziliyanın XİN rəhbərləri arasında zənginləşdirilmiş uran mübadiləsi ilə bağlı saziş imzalanıb. İmzalanma mərasimində İran prezidenti Mahmud Əhmədinejad, gözlənilmədən İrana səfər edən Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan və Braziliyanın prezidenti Lula Da Silva da iştirak edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: