Türkiyə İran qaz kəməri partladılıb
29 İyul 2011 Cümə 15:28
Türkiyə İran qaz kəməri partladılıb. Hadisə nəticəsində qaz nəqlinə məhdudiyyət qoyulub.
Bu gün İrandan Türkiyəyə qaz nəql edən qaz kəməri partladılıb. ANS PRESS-in "Mehr" agentliyinə istindən verdiyi xəbərə görə, hadisə nəticəsində İrandan Türkiyəyə qazın nəqli dayandırılıb.

Qeyd edək ki, partlayış nəticəsində yaranan yanğın artıq söndürülüb. Hazırda partlayışa məruz qalmış qaz kəmərində təmir işləri aparılır.

Xatırladaq ki, İran gün ərzində Türkiyəyə təxminən 30 milyon kub metr təbii qaz nəql edir. 2009-cu ildə isə Türkiyə İslam ölkəsindən sutkada 21 milyon kub metr qaz alırdı. İran dünyada Rusiyadan sonra qaz ehtiyatına və Türkiyəyə qaz nəql edən ikinci ən böyük ölkə hesab olunur. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar