Türkiyə ilə Rusiya arasında viza rejimi ləğv olunacaq
06 Aprel 2010 Çərşənbə Axşamı 02:30
Türkiyə baş naziri bu addımın qarşılıqlı etimadın işarəsi olduğunu deyib.
“Rusiya ilə Türkiyə arasında İnşallah vizasız dövr başladacağıq”. Bunu Bosniyada rəsmi səfərdə olan Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan deyib. “Bosniya” institutunda çıxış edən Türkiyə baş naziri bu addımın qarşılıqlı etimadın işarəsi olduğunu deyib. “Kimin ağlına gələrdi ki Rusiya ilə Türkiyə arasında viza rejimi ləğv olunacaq? Prezident Medvedev və baş nazir Putin bu məsələyə müsbət yanaşır. Ehtimal ki, may ayında Medvedevlə yüksək səviyyəli stratejik əməkdaşlıq müqaviləsi imzalayacağıq. Bunun nəticəsində də viza rejiminin ləğv olunacağını güman edirəm. Rusiya ilə Türkiyə arasında İnşallah vizasız dövr başladacağıq. Bu qarşılıqlı etimadın işarəsidir. Bu şengen ölkələri arasında olursa, biz niyə etməyək?” ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar