Türkiyə ilə Ermənistanın dağ problemi...
22 Noyabr 2009 Bazar 20:50
Əhməd Davudoğlu: "İrəvanın Ağrı dağını bir dövlət simvolu kimi göstərməsindən narazıyıq"
Türkiyə Dağlıq Qarabağın işğalına son qoyulmasına çalışır. Belə bir bəyanatla Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu çıxış edib. Milliyətçi Hərəkat Partiyasından millət vəkili Mömin İnanın Ermənistanla imzalanmış protokolla bağlı sorğusuna cavab verən xarici işlər naziri vurğulayıb ki, Azərbaycanın torpaqları işğaldan azad olunmayanadək bölgədə arzu olunan sülhə nail olmaq mümkün olmayacaq.
"Ermənistan işğal etdiyi ərazilərdən çəkilməlidir. Bizim səylərimiz də bu işğala son qoyulmasının təmin olunması istiqamətində geniş həcmli regional sülhün bərqərar olması üçün zəmin yaratmaqdır", - deyə o vurğulayıb.
Əhməd Davudoğlu onu da əlavə edib ki, rəsmi Ankara Ermənistanın “soyqırım” iddialarını davam etdirməsi və İrəvanın Ağrı dağını bir dövlət simvolu kimi göstərməsindən narazıdır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: