Türkiyə hökumətinin Kərbəla açılımı bu il də davam edəcək
03 Dekabr 2011 Şənbə 07:24
Hökumətin dini işlər naziri Mehmet Görmez Halkalı rayonunda keçiriləcək Aşura mərasimində iştirak edəcək.
Keçən il ilk dəfə Türkiyə cumhuriyyəti baş nazirinin Aşura matəm mərasimində iştirak etməsi ənənəsi bu il ölkənin rəsmi din qurumu səviyyəsində davam edəcək. Türkiyə hökumətinin dini işlər naziri “Diyanət”in sədri Mehmet Görmez dekabrın 5-də İstanbulun Halkalı rayonunda keçiriləcək Aşura mərasimində iştirak edəcək. “Diyanət” səviyyəsində ilk iştirakın həyata keçirildiyi mərasimdə professor Görmezin çıxışı da nəzərdə tutulub.

Qeyd edək ki, Türkiyədə ilk dəfə keçiriləcək “Beynəlxalq Aşura Mərasimi” 4 dekabr axşamı Anakara “Hacı Bayramı Vəli” məscidində, “Kərbəla Şəhidlərini Anma” adlı proqramla başlayacaq. Tədbirdə “Diyanət”in sədri Mehmet Görmez və Türkiyə Cəfərilərinin lideri Səlahəddin Özgündüz iştirak edəcək.

S. Özgündüzün mətbuat katibi Qasım Əlcan “Diyanət” sədrinin bu mərasimdə iştirakının çox əhəmiyyətli olduğunu bildirib: “Mehmet Görmezin iştirakı ən azı baş nazirin iştirakı qədər əhəmiyyətlidir. “Diyanət” sədrinin Kərbəlada baş vermiş yasımızda bizimlə birlikdə olması müsəlmanları məzhəb qalmaqalıyla parçalamağa çalışanlara ən böyük mesajdır”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar