Türkiyə hökumətindən sakinlərə bayram hədiyyəsi
23 İyul 2013 Çərşənbə Axşamı 05:45
Bayramı münasibəti ilə avtobanlar ödənişsiz, ictimai nəqliyyat isə pulsuz olacaq
Ramazan bayramı münasibəti ilə Türkiyədə avtobanlar ödənişsiz, ictimai nəqliyyat isə pulsuz olacaq. Yerli mətbuatın xəbərinə görə, bu barədə məlumatı baş nazirin müavini və hökumətin məruzəçisi Bülent Arınç verib. Arınç bayram öncəsi müjdə vermək istədiyini, nazirlər kabinetinin bu istiqamətdə qərar qəbul etdiyini deyib.
“Bayram günü, 8 avqust saat 00.00-dan 11 avqust saat 24.00-ə qədər avtobanlar və körpülər ödənişsiz, bələdiyyələrə bağlı fəaliyyət göstərən ictimai nəqliyyat isə pulsuz və ya güzəştli xidmət göstərəcək. Artıq nazirlər kabineti bu istiqamətdə müvafiq qərarı qəbul edib” – deyə Bülent Arınç bildirib.
DOSTLARINLA PAYLAŞ: